VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zorla ərə verilən 18 yaşlı qız evdən qaçaraq Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına üz tutub. 

BAKU.WS xəbər verir ki, Xəzər TV-nin efirinə çıxan qız adını və üzünü gizlədərək dərdini danışıb.

"Mən birinci sinifdə oxuyanda atamla anam ayrılıb. Məni ata nənəm böyüdüb. Nənəm 17 yaşım olanda məni qonşu oğlana nişanladı. Oğlan 24 yaşındadır. Nənəm deyir ki, evi var, sən ona ərə getməlisən. Maliyyə İqtisad kollecində təhsil alırdım. Ərə vermək üçün məni təhsildən ayırdılar.

Etiraz etdim, dinləmədilər. Mart ayında anamın yanına qaçdım. Atamla nənəm nişanı qaytaracaqlarına söz verib məni evə qaytardılar. Lakin nişanı qaytarmadılar. Məcbur olub yenə qaçdım. Getməyə yerim yoxdur. Atam da, anam da məndən üz döndərib. Evdən qaçandan sonra atam deyir ki, sənin dirini yox, ölünü qəbul edərəm. Mən də dedim ki, əgər belədirsə, meyitimi də sizə layiq bilmirəm".  

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində şəxsin iradəsinə zidd olaraq nikaha girməyə vadar etmək cinayət əməli hesab edilir.

Aysel
BAKU.WS
VİDEO