SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli AzTV-nin “Hədəf” verilişində qonaq olub və işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ilə bağlı mühüm məqamlara aydınlıq gətirib.

O, “Uçotu olmayan, qeyri-formal şəkildə çalışan şəxslərə ödəniş ediləcəkmi? Hökumətin sosial sahəyə dair dəstək tədbirləri hansı 4 sahəni əhatə edəcək?” kimi sualları cavablandırıb.

Verilişin digər qonağı isə deputat Vüqar Bayramov olub.

Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli hansı şəxslərin 190 manatlıq birdəfəlik ödəməni alacağını açıqlayıb:

"Bir ailədə ər və arvaddan hansısa biri rəsmi gəlir əldə edirsə, onlara işsizlik müavinəti tətbiq edilir. Bu tədbir heç bir ödənişi olmayan ailələrə dəstəkdir. Muzdlu işçilərlə bağlı, sahibkarlarla bağlı ayrıca tədbirlər nəzərdə tutulub. Bununla yanaşı, elektrik enerjisi ilə bağlı güzəşt də var".


BAKU.WS
VİDEO