SİZİN REKLAM BURADA!
055 213 76 73


Kimisi özü dilənir, kimi isə bu işə azyaşlıları vadar edir. Kimisi də xırda ticarət adı altında insanlardan pul tələb edir.

BAKU.WS xəbər verir ki, ARB TV Bakının mərkəzindəki dilənçilərlə bağlı reportaj hazırlayıb.

Paytaxtın mərkəzində olan dilənçilərin əsas hədəfləri əcnəbilər, xüsusən də ərəblərdir.

Hətta onların ayağından, əlindən yapışıb xırda pul yox, kağız əskinas tələb edirlər. Yazıq, məzlum kimi dil tökən bu dilənçilərin əsl üzləri isə istədikləri məbləği əldə etmədikdə üzə çıxır.

Yalvardıqları insanlar pul vermədikdə söyüş və təhqirlərə tuş gəlirlər.

“Düşmüsüz dilənçilərin dalınca, bunu özünüzə iş bilmisiz? Gedin ...”, - deyə dilənçiliklə məşğul olan qadın jurnalisti təhqir edib.

Dilənçilər bildiriblər ki, polis onlara göz açmağa imkan vermir. Lakin bunun da faydası olmur. Polisin təsirli tədbirlərinə baxmayaraq, bu insanlar hələ də küçələrdədir.

Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsindən bildirildi ki, bu işi həyat tərzinə çevirən, ətrafdakı insanlara narahatlıq yaradan dilənçilərlə mübarizə üçün vaxtaşırı reydlər keçirilir.

BAKU.WS
VİDEO