SİZİN REKLAM BURADA!
055 213 76 73


"Allah mənə bizdə koronavirusa yoluxan xəstənin olduğunu elan etməyi qismət etməsin. Ya Rəbbim, ya bizi yaradan, mənim xalqımı belə xəstəliklərdən uzaq et!" Bu sözləri Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib.

BAKU.WS xəbər verir ki, Baş epidemioloq "Musavat"ın canlı yayımında izləyicilərin suallarını cavablandırıb. 

O, birmənalı olaraq Azərbaycanda koronavirusa yoluxma halının qeydə alınmadığını bildirib:

"Bunlar istəyirlər ki, mən çıxım deyim ki, bizdə bu xəstəlik var. Yoxdursa, niyə deyim? Belə bir faktı gizlətmək olar? Beynəlxalq aləmdən müxtəlif qurumların nümayəndələri bizdə oturub. ÜST-ün nümayəndəsi Azərbaycanda oturub nəzarət edir. Belə bir faktı gizlətmək mümkünsüzdür. Siz elə birlisiniz, gizlətmək bizə xeyirdir? Əksinə, gizlətsən, virusa yoluxma halları daha da çoxalar. Bu da dövlətə zərər vurar".

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO