VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər sosial şəbəkələrdə Lənkəran şəhərində koronavirusa yoluxmuş şəxslərin olduğu barədə yayılan səs yazısı cənub bölgəsində, eləcə də bütün ölkədə narahatlıq yaradıb.

BAKU.WS-in REAL TV-yə istinadla verdiyi məlumata görə, səsləri sosial şəbəkələrdə yayılan Lənkəran Şəhər sakini Seymur Fətullayev və Şəhər Mərkəzi Xəstəxanasının həkimi Fərid Rüstəmov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Onlar öz aralarında zarafat ediblər və bu ciddiyə alınaraq sosial şəbəkələrdə yayılmağa başlayıb.

Daha da arxayın olmaq üçün Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yollandıq. Xəstəxananın baş həkiminin müavini bildirdi ki, koronavirusla bağlı xəstəxanaya müraciət qeydə alınmayıb.

Həkimin dediklərindən də aydın oldu ki, narahatlığa ciddi bir əsas yoxdur. Valideynlər övladlarını rahatlıqla məktəbə yollaya bilərlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.

Xatırladaq ki, ölkədə koronavirusa yoluxma halı aşkarlanmayıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da öz rəsmi internet səhifəsində təsdiqləyib.

BAKU.WS
VİDEO