055 213 76 73
“Azərbaycanın İranla həmsərhəd olan gömrük-keçid məntəqələrində sərnişinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb”.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Xidmətinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov bildirib.
O qeyd edib ki, yalnız İranda olan Azərbaycan vətəndaşlarının və Azərbaycanda olan İran vətəndaşlarının öz ölkələrinə qayıtmasına icazə verilir:
“Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib.
Ölkə vətəndaşlarının zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur”.