SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir müddət əvvəl ölüm xəbəri yayılan bəstəkar Ətiqə Ələkbərova efirə gəlib.

BAKU.WS xəbər verir ki, ARB-nin "Elgizlə izlə" proqramına gələn bəstəkar xanım qızının onu dəlixanaya saldığını deyib:

"Qızlarımın üçü də Kanadada yaşayır. Böyük qızım Könül, əkizlərim Ülkər və İlahə. İki qızım mənimlə yaxşıdır, İlahə məni sevmir. Evimə sahib çıxmaq istəyir. Makedoniyalıya ərə gedib, bir neçə il Bakıda kirayə evdə yaşadılar. Mənim evimdə yaşamaq istəyirdi. Mənim evimi zəbt edə bilmədi, çıxıb getdi Kanadaya. Evi əlimdən almaq üçün məni elə bir yerə saldırdı ki... Bilirsiz də, məni hara saldırmışdı. Artıq 5 aydır, üçündən də imtina etmişəm, onlardan heç nə istəmirəm".

Xatırladaq ki, lirik mahnıların kraliçası kimi tanınan Ətiqə Ələkbərova psixoloji problemləri üzündən 5 il ruhi xəstəxanada müalicə alıb.



BAKU.WS
VİDEO