SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nəsimi rayonunda ağacların kəsilməsi barədə redaksiyamıza məlumat daxil olub.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətt"inə verdikləri məlumata görə, 4-cü mikrorayon, 20 yanvar küçəsi, 21 B ünvanında ağacları kəsirlər.

Hadisə şahidləri bildiriblər ki, ərazidə təxminən 10-a yaxın ağac olub.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, əslində həmin ərazidə ağacları kəsmirlər.

Orada abadlaşdırma və ağacların cavanlaşdırılması işləri aparılır.

Həmin ərazidə və paytaxtın bir çox yerlərində ağacların budanması və cavanlaşdırma işləri aparılır.

"İndiki mövsümdə ağacların budanması və cavanlaşdırma işləri aparılır. Bu, ağacların ömrünü uzadır. Çoxsaylı ağaclar vətəndaşlar üçün təhlükə yaradırdı”, - deyə Orxan Məmmədov bildirib.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO