SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkinin tarixi qoruq ərazisində, Qurcana çayında yaranan antisanitar vəziyyət dözülməz həddə çatıb.

BAKU.WS BAKU.TV-yə xəbər verir ki, müşahidələr onu göstərir ki, ərazini məhz həmin məhəllədə yaşayan sakinlər zibilləyir.

Ərazidə zibil yeşikləri olmasına baxmayaraq bu hal sakinlərdə bir adət kimi qalmaqdadır.

Görüntülər də mənzərəni tam aydınlığı ilə ortaya qoyur.

Həmin ərazidə yol genişləndirilərək bərkidilib, Qurcana çayında on illərin zibil poliqonu ləğv edilib, dağılmaq təhlükəsi olan tarixi minarə bərpa olunub.

Ancaq yenə sakinlər evlərinin yaxınlığında zibil yeşikləri olmasına baxmayaraq tullantıları çay hövzəsinə atırlar.

“Dəfələrlə sakinlərlə maarifləndirici söhbət aparmışıq, ancaq gördüyünüz kimi ərazidə zibil yeşikləri də qoyulub amma məişət tullantılarını yenə də çaya atırlar” - deyə Şəki Kommunal təsərrüfat birliyinin müdiri İntiqam Əşirov bildirib.

Məhəllə sakinləri Kommunal təssərüfat idarəsi ilə müqavilə bağlamaq əvəzinə özləri qeyd etdiyi kimi ”ata-baba” üsuluna daha çox üstünlük verirlər.

Müsahibə aldığımız sakinlər qonşuları olan həmin şəxslərin addımını doğru hesab etmirlər. Çünki,ərazi zibilləndikcə antisanitar vəziyyət də bir o qədər artmaqdadır.

İndiyə kimi cərimə mexanizminin sakinlər üzərində az tətbiq olunması ərazidə yaşayan insanların da təbiətə biganə yanaşmasına şərait yaradır.

Ancaq aidiyyatı qurumlar indidən sonra ərazini zibilləyən insanlara qarşı cərmələrin daha sərt olacağını bildirdilər.

Məhəllədə olan lövhə də artıq bunu deməyə əsas verir ...

BAKU.WS
VİDEO