SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Vüqar Muradov qəzaya düşmüş eyni ad və soyadlı oxşarı üçün hər kəsdən kömək istəyib.

BAKU.WS xəbər verir ki, sənətçi yaralı ilə birlikdə "Elgizlə izlə" proqramına gələrək çağırış edib:

"Namusuma, şərəfimə and olsun, əməliyyata tələb olunan o pul məndə də yoxdur. Məndə olsa, verməsən pis adam olaram. Böyük məbləğ deyil, aciz qalmışıq. Bir neçə dəfə sosial şəbəkədə paylaşıb kömək istəmişəm, heç kim reaksiya verməyib. Özüm də xəcalət çəkirəm. Bu adamın normal evi olsa deyərəm ki, get evini banka qoy, kredit götür. 

Həmkarlarıma səslənirəm, varınızdı verin. Nolar? Hər gün bir çay evində oturursuz, bir gün getməyin, o pulu bu qardaşa verin".  

Qeyd edək ki, yaralı Vüqar Muradov Maştağa kəndində yaşayır. Evlidir və iki azyaşlı övladı var.

Yardım etmək istəyənlər 050 203 93 93 nömrəsi ilə əlaqə saxlaya bilər. 

Kapital bank hesab nömrəsi: 4169 7413 4518 6272

BAKU.WS
VİDEO