VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BAKU.TV bir müddət əvvəl Binə qəsəbəsi, Südçülük savxozu adlanan ərazidə yaşayan sakinlərin problemləri barədə geniş reportaj hazırlamışdı. Sakinlərin əsas problemlərindən biri, yaşadıqları ərazinin hansı rayona aid olduğunu bilmədikləri idi.

BAKU.TV xəbər verir ki, Reportajımızdan sonra qəsəbənin faktiki olaraq Suraxanı rayonuna aid olduğu müəyyənləşdi. Bu gün rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov və digər icra nümayəndələri əraziyə gələrək sakinlərin problemi ilə maraqlandı.

Görüş ərzində sakinlər mövcud problemlərini şəxsən icra başçısına çatdırdılar. İcra başçısı əsas problem olan yolların təmirini öz üzərinə götürdü. Ərazinin tamamilə sənədləşməsi və su problemlərinin isə aprel ayına qədər öz həllini tapacağına söz verdi.

"Yolun hansı vəziyyətdə olacağına baxacağıq, daha sonra qərar verəcəyik. Yəqin ki, yolu öz daxili imkanlarımız hesabına təmir edəcəyik", - deyə Suraxanı rayon İcra hakimiyyətinin başçısı Əziz Əziov deyib.

Biz də BAKU.TV olaraq çəkdik, göstərdik və səsimizin sorağına gəldilər. Bundan sonra da komandamız hər zaman vətəndaşların yanında olmağa, onların problemlərini işıqlandırmağa davam edəcək.

BAKU.WS
VİDEO