SİZİN REKLAM BURADA!
055 213 76 73


Dekabrın 21-dən start götürən “Kənddən şəhərə” qış yarmarkaları davam edir. Yarmarkalarda yaradılan şərait və görülən işlərə ictimai nəzarət məqsədilə bu gün Kənd Təsərrüfatı Nazirliyi, "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti, eləcə də yarmarkaların təşkil olunduğu rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri tərəfindən yarmarkalara baxış keçirilib.

BAKU.TV-nin "Xəbər" buraxılışında yayımlanan sujetdə qeyd olunu ki, “Kənddən şəhərə” qış yarmarkalarında yaradılan şəraitlə tanışlıq paytaxtın Nərimanov rayonu ərazisində, metronun Gənclik stansiyasının yanındakı yarmarkadan başladı.

Məqsəd bayram ərəfəsində yarana biləcək süni qiymət artımının qarşısını almaq, eləcə də aztəminatlı ailələrin və ümumilikdə şəhər əhalisinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını dolğun şəkildə qarşılamaqdır.
“Yarmarkaları təşkil edərəkən fermerlərimizə, yerli istehsalçılarımıza tamamilə hər şeyi ödənişsiz edirik.

Bundan əlavə olaraq isə əgər hansısa bir fermerin logistika və ya anbar sıxıntısı olarsa, bizə müraciət edə bilər.

Bugünə qədər bizim təşkilat tərəfindən 130-dan artıq fermerin məhsulu regionlardan, hətta ən ucqar kəndlərdən Bakıya tamamilə ödənişsiz çatdırılır”, - deyə “Aqrar Tədarük və Təchizat" ASC-nin idarə heyətinin sədri Leyla Məmmədova bildirib.

“Alan razı, satan razı” misalı bura tamamilə uyğundur desək, yanılmarıq. Fermerlər məhsullarını birbaşa özləri bura gətirir və alıcıya təqdim edir. Alıcı isə bayram alış-verişini daha münasib qiymətə əldə edir.
“Alma hansısa bir marketdə 2 manatdı, biz də 1 manatdı, 1 manat 20 qəpikdi.

Xurma 50 qəpikdən, nar 60 qəpikdən başlayır, üzüm 1-1.50, heyva 70 qəpik, pomidor 0.70-1 manat arası dəyişir”, - deyə satıcılar bildiriblər.

Digər yarmarka isə Yasamal rayonunda Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsində yerləşir. Elə burada da ümumi vəziyyət digər yarmarkalardan fərqlənmir.

Alıcılar da, yarmarkalardan razıdırlar.
“Marketlərə baxanda bura ucuzdur. Xurma filan yerdə bahadı, burda baxdım ucuzdu. Quru meyvələr də ucuzdur”, - deyə alıcı bildirib.

Qeyd edək ki, yarmarkalar Dekabrın 30-dək 5 ünvanda- Nərimanov, Binəqədi, Yasamal, Suraxanı və Abşeron rayonlarında fəaliyyət göstərəcək.

BAKU.WS
VİDEO