SİZİN REKLAM BURADA!
055 213 76 73


Qəbələ rayonunda yaşı 100-dən çox olan seçicilər səs verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə 61 məntəqədə, ümumilikdə, 47 107 seçici var.

Onlardan ikisinin yaşı 100-dən çox olan seçici, 1143-ü isə ilk dəfə səsvermə hüququ qazanan gənclərdir. Seçki dairəsi üzrə bütün məntəqələrdə vebkamera, pandus quraşdırılıb. Bələdiyyə seçkilərini 769 müşahidəçi izləyir.

Seçki dairəsinin 42 saylı seçki məntəqəsində yaşlı, xəstə və əlilliyi olan şəxslər üçün ayrılmış səyyar qutular Qəbələ rayonunun Mirzəbəyli kənd sakini, 1918-ci il təvəllüdlü Zərifə Məmmədhüseyn qızı Əlimirzəyeva və Bum qəsəbəsinin sakini, 1917-ci il təvəllüdlü Gühər Səfər qızı Babayevanın yaşadıqları ünvana gətirilib. Hər iki seçici səsvermə hüququndan istifadə edib.

BAKU.WS