SİZİN REKLAM BURADA!
055 213 76 73


Qubada qonşuları tərəfindən seksual təcavüzə məruz qalan Şahanə zorlama nəticəsində hamilə qaldığı körpəsini dünyaya gətirib. 

BAKU.WS xəbər verir ki, 26 yaşlı Şəhanə ruhi xəstədir. Doğmaları onun hamiləliyindən 28 həftəliyindən xəbər tutub.

Nə baş verdiyini anlamayan qadın bir neçə gün əvvəl oğul anası olub.

Şəhanənin zorlanması ATV-nin "Bizimləsən" verilişində ictimailəşib. Aparıcı zorlanmadan doğulan körpəni ürək ağrısı ilə efirdə nümayiş etdirib.
Qeyd edək ki, Şəhanə ilk dəfə eyni zamanda qohumu olan Mərdan adlı qonşusunun onunla cinsi əlaqəyə girdiyini deyir. Qadının sözlərinə görə, Mərdan onu qorxudub ki, bu barədə birinə söyləyərsə atası işdən gələndə itləri üstünə buraxacaq.

Daha sonra qonşuluqda yaşayan Arif və Qamət adlı kişilər onu qorxudaraq və aldadaraq cinsi əlaqəyə giriblər. Arif təcavüz etməzdən əvvəl Şəhanəyə 1 manat pul verib başını aldadıb. 

Bacısının sözlərinə görə, Şəhanə daha çox Mərdandan qorxur, onun adı gələndə əsir.

Uşağın atasının kimliyini müəyyən etmək üçün adıçəkilən hər üç şəxslə DNT analizi testi ediləcək.

BAKU.WS
VİDEO