SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda icra hakimiyyətlərinin tikinti ilə bağlı bir sıra səlahiyyətləri ləğv edilib. Bundan sonra pilot layihələrin də tikintiyə icazə icraatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.

Söhbət şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi və yenidən qurulması məqsədi ilə tikilən binalardan gedir.

Nazirlər Kabinetinin qərarı ilə əvvəllər nəzarət prosesini icra hakimiyyətləri həyata keçirirdilərsə, artıq bu işə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzarət edəcək.

Komitənin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlunun sözlərinə görə, bu zərurətin yaranmasına səbəb aparılan tikinti işlərinə vahid nəzarətin təşkildiir.

Amma tikintiyə icazə və digər razılıq sənədləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilsə də istismara icazə sənədinin verilməsini rayon icra hakimiyyətləri həyata keçirəcək.

Qeyd edək ki, ləğv edilən səlahiyyətlər Bakının rayonlarının icra hakimiyyətlərinə 5 il müddətinə verilmişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS
VİDEO