VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin “Elgizlə İzlə” verilişinə evlənmək üçün gələn atası ilə birlikdə efirə çıxan 14 yaşlı Asimanın dəfn mərasiminin gözlənilməz ölümü tamaşaçıları məyus edib.

BAKU.WS xəbər verir ki, "Elgizlə izlə" proqramı Asimanın dəfn mərasimindən ürəkdağlayan dəhşətli görüntüləri efirdə nümayiş etdirib.

Pirallahı məktəblərinin birində VIII-ci sinifdə təhsil alan Asimanın dəfninə doğmaları ilə yanaşı eşidib-bilən hər kəs gəlib. Yeniyetməni son mənzilə yola salanlar arasında sinif yoldaşları və müəllimləri də olub. Hər kəs onun üçün göz yaşı töküb.

Qeyd edək ki, kiçik yaşlarından anasız qalan Asiman atasının evlənməsini çox istəyirdi. Yeniyetmə qız ona analıq edəcək birinə ehtiyac duyduğunu deyirdi.

"Atamın evlənməsini istəyirəm. Düzdür, o mənə doğma anam kimi şirin olmaz. Qanımdan-canımdan deyil. Mənə sirdaş-dost olsun. Bəlkə də elə sirlərim var ki, atama deyə bilmirəm, ancaq ona deyə bilərəm", - deyən Asiman, atasının evlənməsinə qarşı olmadığını, əksinə onu dəstəklədiyini bildirmişdi.

Alim bəylə evlənmək üçün efirə gələn xanım məhz Asimana görə atası ilə evlənmək istəyirdi. Üzünü gizlədərək efirə çıxan qadın Asimanı vəfat etmiş qızlarına çox bənzətdiyini deyirdi. Lakin bu izdivac baş tutmadı. Maraqlıdır ki, sosial şəbəkə istifadəçiləri arasında Asimanı qadının nəfsinin öldürdüyünü yazanlar da var.

Qeyd edək ki, Alim bəyin qonşusu Gülnarə Nəbiyeva Asimanın ölümündə onu günahlandırır. Qonşu qadın Alimin Asimanı döydüyünü, ac-susuz saxladığını, soyuq havalarda çöldə, yerdə yatırdı. Ata qonşusunun bütün ittihamlarını rədd edib və qızının vərəmdən öldüyünü deyib.

Hazırda Asimanın ölüm səbəbi araşdırılır. Ekspertizanın rəyi "Elgizlə izlə" proqramında açıqlanacaq.

BAKU.WS
VİDEO