SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Suraxanı rayonu, Zığ qəsəbəsinin sakinləri uzun müddətdir sosial problemlərdən əziyyət çəkirlər.

Bu barədə qəsəbə sakinləri BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.

Qeyd edilir ki, qəsəbənin yolları bərbad vəziyyətindədir. Evlərə verilən içməli suyun verilməsində də problemlər mövcuddur. Bir çox evlərə sayğac qoyulmur.

Eyni zamanda, Zığ qəsəbəsində kanalizasiya problemlərinin də mövcud olduğu qeyd edilir.

Məsələ ilə əlaqədar Zığ qəsəbəsi İcra Nümayəndəliyilə əlaqə saxladıq. İcra nümayəndəsi Qulam Səfərzadə BAKU.WS-ə bildirib ki, hazırda qəsəbə ərazisində təmir-bərpa işləri aparılır.

“Cənab prezidentin tapşırığına uyğun olaraq Zığ qəsəbəsində də abadlıq işlərinə başlanılıb. Evlərin çoxuna içməli suyun verilməsi istiqamətində böyük işlər görülüb.

Su xətləri yenilənib. Kanalizasiya xətlərinin də yenilənməsi işləri aparılır.

Yeni Suraxanı və Qaraçuxura asfalt çəkirlər. Bundan sonra Zığ qəsəbəsinə də yollarda yenidənqurma işləri aparılacaq”, - deyə Qulam Səfərzadə bildirib.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO

QALEREYA