VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarusda dəlixanaya yerləşdirilən Azərbaycanın kino xadimi, Əməkdar mədəniyyət işçisi Miroslava İsgəndərova Bakıya gətirildi.

BAKU.WS xəbər verir ki, Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramının tapıb gətirdiyi Miroslava xanımı doğmalarından heç kim qarşılamayıb. 

Oğlu Eldar anasının başına gələnlərdən proqram vasitəsilə xəbər tutduğunu desə də, anası ilə efirdən görüşməkdən imtina edib. 

M.İsgəndərovanın ruhi vəziyyəti qaydasında olmadığından aparıcı onu studiyada oturmasını istəməyib və tezliklə yola salıb.

Qeyd edək ki, Miroslava İsgəndərova 40 il Azərbaycan kinosuna xidmət edib. "Azərbaycanfilm" kinostudiyasında və "Kino Fondu"nda yüksək vəzifələrdə çalışmış Miroslava İsgəndərova təqaüdə çıxdıqdan sonra qızı ilə birlikdə Belarusun Vitebsk şəhərinə köçüb. Orada qızı həbs olunub. Kürəkəni isə ölkəni tərk edib. Baş verənlərdən psixoloji sarsıntı keçirən M. İsgəndərova Vitebskdəki qonşuları tərəfindən ruhi və əsəb dispanserinə yerləşdirilib.

Əməkdar mədəniyyət işçisi Miroslava İsgəndərova 2017 və 2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan kinosunda göstərdiyi xidmətlərə görə pul mükafatına layiq görülüb.

BAKU.WS
VİDEO