VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi rayonu DSK adlanan ərazidə (Karmen zavodunun arxası) 70-ə yaxın ailənin evində qaz yoxdur.

Sakinlər BAKU.WS-ə açıqlamasında bildirdilər ki, bir neçə ildir bu ərazidən həyət evləri alan sakinlərə bu gün-sabah deməklə artıq neçənci qışdır aldadılırlar.

Mavi qazın yoxluğu sakinlərə olduqca baha başa gəlir. Sakinlər soyuqdan ölməmək üçün evlərində ya elektrik qızdırıcılarından, ya da maye qazdan istifadə edirlər. Bu isə aztəminatlı ailələr üçün mümkünsüzdür. İmkansız, körpə uşaqlı ailələrin üzvləri isə soyuqdan xəstəlik tapdıqlarını və əlacsızlıqdan qohum-tanış evinə gedib qızındıqlarını da dilə gətirdilər.

Vətəndaşların sözlərinə görə, mavi qazın çəkilməsi üçün 500 manatdan pul da yığılıb, amma indi nə qazın istisinə qızına bilirlər, nə də pulu geri ala bilirlər. 

Bu məsələ ilə bağlı sakinlər dəfələrlə lazımı qurumlara müraciət etsələr də, onların şikayətini dinləyən olmayıb.

Qeyd edək ki, bir küçə arxada bütün evlərdə qaz olduğu və qazsız evlərdə yaşayanlara isə “bura qaz çəkilməyəcək” deməklə kifayətlənən qurum əməkdaşları da olub.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO