SİZİN REKLAM BURADA!
055 213 76 73


"Hər dəfə Masallıya gələndə rayonun bərbad yollarını görüb keyim pozulur. Ölüm-itim dünyasıdır, yeyəndə bir tərəfdən rəhmət qazanmaq üçün nə isə iş də görmək lazımdır". Bu sözləri müğənni Niyam Səlami deyib.

BAKU.WS xəbər verir ki, dünən anasını itirən ifaçı Masallıya yollanıb. N.Səlami rayonun bərbad yollarını video çəkərək şikayətlənib və aidiyyatı qurumların məsul rəhbərlərini tənqid edib:

"Prezidentimiz qərar verib ki, rayonları kəndlərlə, qəsəbələrlə birləşdirən yollar abadlaşdırılmalıdır və bunun üçün milyonlar ayrılıb. Hər kəsə öz doğulduğu yer əzizdir, amma mən doğulduğum yerə gələndə əhvalım pozulur. Masallı rayonu xaraba qalıb".

Xatırladaq ki, Rafil Hüseynov 2012-ci ildə Masallının icra başçısı təyin edilib, bu ilin noyabrın ayında Prezident İlham Əliyevin sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, hazırda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısıdır.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Şahin Kərim oğlu Məmmədov isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib. 

Aysel
BAKU.WS
VİDEO