VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub.

Xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəst-xətti, xidmətləri olan ustad xanəndələrimizdən biri də Xalq artisti Əlibaba Məmmədovdur.

BAKU.WS xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın sevimli ifaçısının evinə qonaq gəlib. Mehriban Əliyevanın gəlişi Əlibaba müəllim üçün gözəl və gözlənilməz bir ziyarət olub.

BAKU.WS
VİDEO