SİZİN REKLAM BURADA!
055 213 76 73


ATV-nin "BizimləSən" proqramında gərgin anlar yaşanıb.

BAKU.WS xəbər verir ki, İlahə və Həvva adlı xanımların 13 gündür evdən gedən yaşlı ataları tapılıb efirə gətirilib.

Atasını görən Həvva bu görüşdən o dərəcədə təsirlənib ki, onu qıcolma tutub. Studiyaya təcili tibbi yardım briqadası çağırılıb.

Tahir kişi evdən getməsinin səbəbini qızı İlahənin ona saxlamaq üçün verdiyi 1500 manatı itirməsilə əlaqələndirib. Yaşlı kişi pulu itirdiyindən xəcalət çəkdiyi üçün evə dönmədiyini, vağzalda skamyaların üstündə gecələdiyini deyib.

Zülfiyyə Qurbanova

BAKU.WS
VİDEO