SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda qəribə hadisə baş verib. Yaşlı qadın öz həyat yoldaşına cavan qız alıb.

BAKU.WS xəbər verir ki, bu hadisənin üstü ATV-nin "Zaurla Günaydın" proqramında açılıb.

Söhbət zamanı məlum olub ki, verilişin qonağı olan "Talış nənələri" musiqi qrupunun Həlimə adlı üzvü öz həyat yoldaşını cavan qız uşağı ilə evləndirib.

Həlimə xanım hər qadının ata bilməyəcəyi addımı atmasını belə açıqlayıb:

"Biz sevərək evləndik. Bir uşağım oldu, öldü. Sonra elə bir cərrahiyyə əməliyyatı keçirdim ki, bir daha ana ola bilmədim. Öz həyat yoldaşımı özüm öz evimdə evləndirdim. Elə bilirəm ki, özümə gəlin gətirmişəm. Üç uşaq doğuldu. O uşaqları öz balam bilirəm. 20 ildir bir evdə yaşayırıq. Böyük oğlan artıq əskərliyə gedib qayıdıb".

Qadının bu açıqlamaları aparıcıları və digər qonaqları şok edib.

Zülfiyyə Qurbanova

BAKU.WS
VİDEO