VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ən azı bir dəfə də olsun Koroğlu metro stansiyasının qarşısındamn keçməli olmusunuzsa demək ki, vəziyyətdən siz də xəbərdarsız. Sıxlıq və xaos... 

Problemi BAKU.TV araşdırıb.

Uzun müddətdir ki, Bakıda “Koroğlu” deyilən kabus hökm sürür. Söhbət metronun “Koroğlu” stansiyasının ətrafında yaşanan bərbad vəziyyətdən gedir. Hər gün işə “Koroğlu” metro stansiyasının önündən gedib gələn insanların bir ümumi arzusu var. Nə vaxtsa, buradan rahat nəqliyyat vasitəsi ilə çıxıb getmək.

Problemin səbəbini isə hər kəs bir-birinin üzərinə atır. Tərəflərsə 20 yanvar, Mərdəkan, ya da Buzovna deyib müştəri gəzən taxsı sürücüləri və onlar üçün yer ayırmadığı iddia olunan Bakı Nəqliyyat Agentliyidir.

Sürücülər dayanacaqların olmamasından şikayətlənir.

"Biz də çörək pulu üçün çıxmışıq, şərait yaradılsın".

"Şərait yaradılsın yer ayırsınlar işləyək".

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, ərazidə yaşanan nizamsız vəziyyəti qısa zamanda həll etmək mümkün deyil. Amma bu istiqamətdə kompleks tədbirlər görülür.
BAKU.WS
VİDEO