SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmir, Ağdam, Zərdab və Ağcabədi rayonlarını birləşdirən Kürdəmir-Zərdab avtomobil yolu keçilməz hala düşüb. Bu da mütəmadi olaraq həmin yoldan istifadə edən sakinləri narahat edir.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, vaxtilə keçmiş Nəqliyyat Nazirliyinin balansında olan bu yol 3 il bundan əvvəl nazirlik tərəfindən əsaslı təmir olunub:

"Tələm-tələsik təmirdən çıxan yol nişansız, işarəsiz istifadəyə verildi. Üstündən bir neçə ay keçməmiş yolda nə təmirdən, nə də asfaltdan əsər-əlamət qalmadı. Yol tamamilə sıradan çıxaraq əvvəlki yararsız vəziyyətini aldı.

Bu yolun bərbad vəziyyətdə olması səbəbi ilə ötən il "təcili yardım" avtomobilə ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasından (RMX) Kürdəmir RMX-ə gətirilən xəstə yolda ölüb. Bundan başqa burada tez-tez yol-nəqliyyat hadisələri baş verir". 

Qeyd edək ki, yolun uzunluğu 60 kilometr, eni isə 6 metrdir.
BAKU.WS
VİDEO