VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sürücülük vəsiqələrində bir sıra dəyişikliklər olacaq. Bu, baş nazirin sürücülük vəsiqələri ilə bağlı qəbul etdiyi qərarda öz əksini tapıb.

BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, qərara əsasən vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı yerləşdirilir.Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı vasitəsilə eyniləşdirilir. Elektron daşıyıcıya məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.

Ekspert Ərşad Hüseynov bildirir ki, yeni qərar nəticəsində ötən il qəbul olunan sürücülük vəsiqəsində məlumatların beynəlxalq dildə yazılması ilə bağlı tələblər nəzərə alınıb.

Ekspert bildirir ki, yeni qərar həm də vəsiqələrdəki məlumatların təhlükəsizlik səviyyəsini də artıracaq və Vyana Konvensiyasına qoşulan bütün ölkələrdə bu vəsiqə sürücülük vəsiqəsi kimi istifadə edilə biləcək.

Onu da qeyd edək ki, indiyə qədər verilən sürücülük vəsiqələrində məlumatlarda daşıyıcıda yerləşdirilirdi. Ancaq bu məlumatlar bundan sonra daha yüksək təhlükəsizlik səviyyələri ilə qoruna biləcək.
BAKU.WS
VİDEO