Bakıdan-Sumqayıta sərnişin daşıyan bəzi marşrut xətlərindəki avtobuslar yenilənəcək. Bu istiqamətdə gedən sərnişinlərə daha müasir və komfortlu avtobuslar xidmət edəcək.

Bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı şirkətlər qarşısında konkret tələblər qoyub.

Xidmətin sektor müdiri Nuridə Allahyarovanın sözlərinə görə, qurumun məqsədi bu marşrut istiqamətində sərnişinlərin tələbini ən yüksək səviyyədə qarşılamaqdır.

Qurum Abşeron rayonundan paytaxt Bakı istiqamətində gələn sərnişin avtobuslarının da monitorinqini aparıb. Artıq həmin istiqamətdə iki yeni marşrut xəttinin açılacağı dəqiqləşib. O cümlədən qurumun tabeliyində olan və Masazırdan "Memar Əcəmi" metrostansiyası və əks istiqamətdə sərnişin daşıyan 525 saylı avtobuslar yenilənəcək.

Hər 3 xətdə yeni avtobuslar yaxın vaxtlarda sərnişinlərin xidmətinə başlayacaq. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən o da bildirilib ki, qoyulan tələblərə əməl etməyən daşıyıcı şirkətlər barəsində tədbirlər görüləcək.

525 saylı xəttin daşıyıcısı isə bildirib ki, 20 avtobusun alınması üçün artıq Koreya şirkəti ilə müqavilə imzalanıb. Müasir avtobuslar yaxın vaxtlarda Bakıya gətirilərək xəttə buraxılacaq.

Avtobusların yenilənməsi xəbəri sərnişinlərin ürəyincə olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS


VİDEO