SİZİN REKLAM BURADA!
055 213 76 73


Borc qalmaqalına görə deputat mandatı ləğv edilən Rəfael Cəbrayılov 1,5 milyon manatlıq villasını borclarını geri qaytara bilməməsi ilə əlaqədar satışa çıxarıb.

BAKU.WS Real TV-yə istinadla xəbər verir ki, Rəfael Cəbrayılovun borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur. Onlardan biri, Cəbrayılova 300 min dollar borc vermiş Təranə Fətəliyeva Real-a bildirdi ki, eks deputat ondan möhlət istəyib. 

Qeyd edək ki, Rəfael Cabrayılovun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciət ediblər. Hazırda iddia ərizəsinə mülki qaydada baxılır.  

Baş Prokurorluqdan aldığımız xəbərə görə, xüsusi qərardad çıxarılandan sonra baş prokurorluq araşdırma aparacaq.
BAKU.WS
VİDEO