SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Bakının Xətai rayonunda yaşayış binalarında qoyulan su çənləri sökülür.

Bu barədə sakinlər BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Verilən məlumata görə, General Səməd bəy Mehmandarov küçəsində yerləşən binalarda qoyulan su çənləri sökülür.

Bildirilir ki, “JEK” işçiləri sakinlərin razılığı olmadan su çənlərini sökməyə başlayıblar. Bu azmış kimi sakinlərdən zəhmət haqqı kimi 30 manat da tələb edirlər.

Üstəlik su çənlərinin sökülməsi zamanı bütün təhlükəsizlik tədbirləri pozulub. Ətrafı su basıb.

Sakinlər buna etiraz etməyə başlayıblar. Əraziyə polis çağırılıb.
BAKU.WS
VİDEO

QALEREYA