VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb: 

"Hörmətli hökumət və dövlət başçıları sizi salamlayıram. Qırğız respublikasının prezidenti Sooranbay Jeenbekova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlu sədrliyinə görə təşəkkürümü bidirirəm. Qazaxıstanın birinci prezidenti, bizim ağsaqqalımız Nursultan Nazarbayev Türk Şurasının fəxri sədri statusunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir. Əziz qardaşım Rəcəb Tayyip Ərdoğanın təşəbbüsü və Türk Şurasının üzv ölkələrinin prezidentlərinin birgə qərarı ilə hörmətli Nursultan Nazarbayevə Türk Şurasının fəxri sədri adı verilmişdir. Özbəkistan respublikasını Türk Şurasına üzv olması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hörmətli Şavkat Mirziyayaevə bu müdrik qərarına görə təşəkkürümü bildirirəm. Özbəkistanın bu qərarı Türk Dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcəkdir. Macarıstanın Türk Şuraslı ilə əməkdaşlığının genişlənməsi məmnunluq doğurur. Burada Macarıstanın baş naziri, cənab Viktor Orbanın şəxsən rolunu da xüsusi qeyd etmək istərdim. Ötən ay Budapeştdə Türk Şurasının nümayəndəlik ofisi fəaliyyətə başlayıb. Ümidvaram ki, bu ofis Şuranın Avropa ölkələri və regional təşkilatlarla əlaqələrin inkişafına təkan verəcəkdir". 

BAKU.WS 
xəbər verir ki, dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Video: Haber Qlobal
BAKU.WS
VİDEO