SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən əmək pensiyasının minimum məbləğı 200 manat olacaq. Bu artım 660 min nəfərə şamil edilir. Bununla da ilin əvvəlindən bu yana pinimum pensiya 72 faiz artıb.

Bu gündən minimum pensiya 200 manat olacaq.

Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Şöbəsinin müdiri Eyvaz İsmayılovun sözlərinə görə, bu, il ərzində həyata keçirilən 3-cü pensiya artımıdır.

Mart ayının 1-dən isə minimum pensiya 160 manata çatdırılıb. 40 faizlik bu artım 233 min nəfərə şamil olunub. İyun ayında da əmək pensiyasının minimum məbləğinin 200 manata çatdırılması ilə bağlı prezident İlham Əliyev tərəfindən irəli sürülən qanunvericilik təşəbbüsü parlamentə göndərilərək qəbul olunub. Bununla da ilin əvvəlindən bu yana pinimum pensiya 72 faiz artıb.

Pensiyaçılar oktyabr ayının pensiyasını yeni məbləğlə alacaqlar.
BAKU.WS
VİDEO