SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda “Qafqaz Qartalı - 2019” birgə təlimi başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən BAKU.WS-ə məlumat verilib.

Təlimdə hava komponentlərindən də istifadə olunmaqla şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyə olunması və digər tapşırıqlar yerinə yetiriləcək.

Oktyabrın 1-dək davam edəcək təlimdə Pakistan hərbi qulluqçuları müşahidəçi qismində iştirak edir.
BAKU.WS
VİDEO

QALEREYA