SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya ordusunun "Su-27" döyüş təyyarəsi ilhaq altında olan Krımda sınaq uçuşları həyata keçirib. 

BAKU.WS
xəbər verir ki, görüntüləri "İnstagram" sosial şəbəkəsində "sania_kurdoglo" adlı səhifə yayıb. 

Görüntülərdə qırıcının dağlar arasında uğurlu manevr etməsi öz əksini tapıb.

Qeyd edək ki, "Su-27" Rusiya tərəfindən istehsal olunan dördüncü nəsil taktiki-qırıcı təyyarədir. Təyyarə istənilən hava şəraitində fəaliyyət göstərmək və havada hərbi üstünlük əldə etmək üçün yaradılıb. 
BAKU.WS
VİDEO