SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mənə görə əxlaqlı adam dürüst adamdır. Adam rüşvət alırsa, yalan danışırsa əxlaqlı deyil". 

BAKU.WS
xəbər verir ki, bu sözləri Murad Arifin "Popumuz var" layihəsinin qonağı olan yazar Aysel Aydın Əlizadə deyib.

Yazar xanım əxlaqsızlığın kriteriyalarını sadalayıb: 

"Haqsız qərar verən hakimdən, vicdansız diaqnoz qoyan həkimdən əxlaqsız adam tanımıram. Fahişə mənim üçün əxlaqsız deyil. Öz bədənidir, özü bilər, kimə satır, neçəyə satır. Amma sən başqasının haqqına girirsənsə, əxlaqsızsan. Pula görə insanların taleyilə oynayan, haqqına girənlər mənə görə ən əxlaqsız adamdırlar".

Əlizadə feminizm, din və ailə haqqında maraqlı fikirlər səsləndirib.
 
"Popumuz var" Youtube verilişinin Aysel Əlizadə ilə buraxılışının tam versiyasını bu linkdən izləyə bilərsiz: https://www.youtube.com/watch?v=toiCtoEbGCs 

"Popumuz var" lahihəsinin informasiya dəstəyi BAKU.WS saytıdır. 

Aysel
BAKU.WS
VİDEO