VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"AzerTelecom" artıq 10 ildən çoxdur ki, Azərbaycan bazarında fəaliyyət göstərir. Biz, Azərbaycanın ilk mobil operatoru olan "Bakcell" şirkətinin törəmə müəssisəsiyik. "AzerTelecom" beynəlxalq magistral internet provayder şirkətidir. 

BAKU.WS xəbər verir ki, bu barədə "AzerTelecom" şirkətinin baş direktoru Fuad Allahverdiyev "ARB 24" kanalına müsahibəsində deyib. 

Fuad Allahverdiyev bildirib ki, şirkətin əsas fəaliyyəti Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlamaq və həmçinin kooperativ sektorda müxtəlif İKT və digər texnologiyaları təqdim etməkdir:

"Bununla yanaşı, məqsədimiz dünyada gedən yenilikləri, yüksək texnologiyanı Azərbaycana gətirmək və bununla da biznesin inkişafına şərait yaratmaqdır. İnsan həyatının formalaşmasında innovasiyaların rolunu qeyd etmək lazımdır. Bu tendensiyalar, bu tarixi keçidlər sənaye inqilabları formatında baş verib.

Buxar maşınını icad olmasından bu günə kimi həmin innovasiyaların insan həyatına daxil olması ilə həm iqtisadiyyat, həm insanların rifahı, həm sənaye, həm də digər müxtəlif sahələrə müsbət rol oynayıb.

Dünya hazırda 4-cü sənaye inqilabı dövrünü yaşayır. Bu artıq növbəti keçid ərəfəsidir. Burada daha çox internet əşyaların, robotizasiya, intellektual məhsulların insan həyatına daxil olmasını müşahidə edirik".
BAKU.WS
VİDEO