SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mən xaricdən aparılan kampaniyanı terror elan etmişəm. Burada həm siyasi, həm mənəvi terror var. Bu qurbanlarından biri kimi mən burada rahat danışa bilərəm. İnternetə az-çox çıxışı olan adamlar mənim ətrafımda baş verdiyi proseslərdən şəxsiyyətimin, ailəmin, mənsub olduğum nəslin necə təhqirə məruz qaldığımı hiss etməmiş deyil".  

BAKU.WS
xəbər verir ki, bu sözləri REAL TV-nin rəhbəri Mirşahin Ağayev dünən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin və müstəqil siyasi ekspertlərin iştirakı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda baş tutan dəyirmi masada səsləndirib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu onun bu çıxışına replika ilə müdaxilə edib. M. Ağayev Səlaloğlunun bu replikasından sonra çıxışını daha da emosional davam etdirib:

“Sərdar Səlaloğlu, sözümü kəsməyin, yaxşımı? Siz sözümü yalnız o halda kəsə bilərsiniz ki, Qurban Məmmədovun sözünü kəsin. Siz burada danışmalı deyilsiz!"

Sözügedən kadrları təqdim edirik:

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO