SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin və müstəqil siyasi ekspertlərin iştirakı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilib.

BAKU.WS “Real TV”yə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı açıb.

O deyib ki, bu və digər səbəb və vasitələrlə Azərbaycandan xaricə gedən, anarxist mövqe nümayiş etdirən, mühacir müxalifət adlandırılan səbatsız, iradəsi zəif insanlar Azərbaycana qarşı mübarizə aparırlar.

YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov təcrübədə ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaq hallarının olduğunu, bu hallara müəyyən siyasi proseslər və seçkilər zamanı daha çox rast gəlindiyini bildirib.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə ayrı-ayrı qüvvələri Azərbaycan uğrunda birləşməyə də çağırıb: “Azərbaycanda iqtidarda, müxalifətdə olmasından asılı olmayaraq, bütün milli qüvvələrin bir araya gəlməsini, ölkəni irəliyə aparmasını mümkün sayıram və buna dəstək verməyə hazır olduğumu bildirmək istəyirəm”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə ölkənin əsas problemi təhlükəsizlik problemi olduğunu söyləyib.

REAL Təhlil və İnformasiya Mərkəzinin direktoru Mir Şahin də çıxış edərək ictimai-siyasi xadimləri, jurnalistləri dövləti kənardan olan müdaxilələrdən, təxribatlardan qorumağa çağırıb.

Sonda iştirakçılar bəyanat imzalayıblar. Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin həllində hakimiyyətin nümayiş etdirdiyi qətiyyətli mövqe dəstəklənib, Azərbaycan torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində iqtidarın hərb yolu da daxil olmaqla atacağı addımların müdafiə olumacağı bəyan edilib, ölkədə həyata keçirilən islahatların dərinləşdirilməsi, ardıcıl və davamlı olması vacib hesab edilib, seçkilər zamanı prosesə xarici müdaxilənin yolverilməz olduğu vurğulanıb.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluna dəvət göndərilsə də, onlar dəyirmi masaya qatılmayıb.
BAKU.WS
VİDEO