SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəli ucaldılıb.

BAKU.WS
xəbər verir ki, Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunova heykəl qəhrəmanın adına olan küçədə ucaldılıb. Abidə artıq hazırdır və yaxın zamanlarda açılışı gözlənilir.

Qeyd edək ki, A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb.


O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib.

Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib.

Milli qəhrəmanımız döyüşlərdə bir mərmi ilə iki erməni tankını vuraraq söhrət qazanmışdı. Onun bu döyüş üslübuna “yəhudi buterbrodu” deyirmişlər.

A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Bu il şəhidin 50 illik yubileyidir.
BAKU.WS
VİDEO