SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəki rayonunun Çələbixan qəsəbəsində Laçın rayonundan olan məcburi köçkün və şəhid ailəsinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə 3 otaqlı mənzilin açarları təqdim olunub.

Ötən gün Laçın rayonundan olan və hazırda Şəkinin Çələbixan qəsəbəsində məskunlaşan şəhid ailəsində ən sevincli günlərdən biridir. Uzun illər şəraitsiz vəziyyətdə yaşayan Verdiyevlər ailəsi yeni mənzillə təmin olunub.

Beş övlad böyüdən ailə başçısı, şəhid Cahid Verdiyevin atası Şirvan kişinin sözlərinə görə, oğul və qızlarını ailə sahibi edib. Lakin özü, həyat yoldaşı və bir qızı mənzilsizlikdən əziyyət çəkirdi. Verdiyevlər ailəsinin bu intizarına nəhayət ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva son qoyub. Ailə 3 otaqlı mənzillə təmin olunub.

Yeni mənzillə təmin olunan Verdiyevlər ailəsinin sevincinə şərik olanlar arasında şəhid Cahid Verdiyevin keçmiş döyüş yoldaşları və komandiri də vardı.

Ailə üzvləri ilə görüşdə o da diqqətə çatdırılıb ki, indiyə kimi ölkə rəhbərliyinin səyi nəticəsində qaçqın və məcburi köçkün ailələri üçün 104 qəsəbə salınaraq 300 min ailə mənzillə təmin olunub. Bu il isə 6 min köçkün ailəsinin mənzillə təmin olunması nəzərdə tutulur. Hazırda Şəkidə Laçın, Ağdam və Şuşadan məcbiri köçkün düşən 423 ailə yeni mənzillərdə yaşayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
VİDEO