SİZİN REKLAM BURADA!
055 213 76 73


12 avqustda Rusiyada vəfat edən jurnalist Nazilə Həsənzadə Azərbaycanda torpağa tapşırılacaq.

BAKU.WS
xəbər verir ki, 35 yaşında dünyadan köçən jurnalistlə vida mərasimi sabah - 14 avqustda yaşadığı və dünyasını dəyişdiyi Perm şəhərində təşkil ediləcək.  

Bundan sonra cənazəsi dəfn olunmaq üçün Bakıya gətiriləcək. 

Mərhumun cənazəsinin Bakıya gətirilməsi üçün ailəsinin maddi yardıma ehtiyacı var. Bununla bağlı, Həsənzadənin qardaşı Fərhad sosial şəbəkə vasitəsilə Azərbaycanda yaşayan dostlara və tanışlara müraciət edib. Kömək etmək istəyənlər +79824860782 telefon nömrəsilə onunla əlaqə saxlaya bilərlər.


Xatırladaq ki, "Aeroport Perm" jurnalının əməkdaşı olan Nazilə Həsənzadə hamı Naza kimi tanıyırdı. Naza ötən ayın sonlarında Bakıya gəlib. Bir neçə gündən sonra qəfildən kəskin baş ağrıları tutub və təcili şəkildə geriyə - yaşadığı Perm şəhərinə geri dönüb. Səhəri gün komaya düşüb və 15 gündən sonra komadan ayılmadan bu dünya ilə vidalaşıb. Özündən sonra azyaşlı oğlu qaldı. 

N.Həsənzadə süd vəzisi xərçəngindən əziyyət çəkirdi. Uzun müddət müalicə almışdı. O, yüzlərlə xərçəng xəstəsinə bu xəstəliklə mübarizə aparmaqda mənəvi kömək olub. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO