VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecədən yağan güclü yağış və çaxan şimşək Bakıda bir çox problemlər yaradıb.

BAKU.WS
xəbər verir ki, əlverişsiz hava şəraiti Azərbaycan Dəmir Yollarının işinə də mənfi təsir göstərib.

Belə ki, Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb.

Sumqayıtdan Bakıya yola düşən qatar hardasa 80 dəqiqəyə mənzilbaşına çatıb. Yəni Sumqayıtdan paytaxta ilk qatar saat 07:37-də çatmalı olduğu halda saat 08:17-də çatıb.

Qatar bir neçə dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub.

Bildirilir ki, qatarın gecikməsinə səbəb elektrik xəttinin qırılması və yolda yaranan texniki nasazlıq göstərilir.
BAKU.WS
VİDEO

QALEREYA