SİZİN REKLAM BURADA!
055 213 76 73


Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsinin iştirakçılarının birinci mərhələyə hazırlıq prosesi yekunlaşıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan hərbi aşpazları silahdan yoxlama atışları etməklə çalışmaları yerinə yetirmək üçün silahları sıfırlayıblar.

Müsabiqənin bu mərhələsində iştirakçı ölkələrin nümayəndələri avtomatla 100 metr məsafədə hərəkətsiz hədəfi 3 patron ilə vurmalıdır.

İstifadə ediləcək silahlara baxış keçirilərək qəbul edildikdən sonra aşpazlarımız müsabiqənin mərhələlərinin icra üsullarını məşq etməyə başlayıblar.
BAKU.WS
VİDEO