SİZİN REKLAM BURADA!
055 213 76 73


“Catel” şəhər telefon rabitəsi son vaxtlar keyfiyyətsiz xidmətilə əhalinin narazılığına səbəb olub. Şikayətlərin çoxu Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan əhalidən gəlir.

BAKU.WS
-in “qaynar xətti”nə bu ATS-in xidmətindən istifadə edənlərin şikayəti çoxalıb.

Qeyd edək ki, həmin xidmətdən özüm də istifadə etdiyim üçün “Catel”in son vaxtlar tez-tez sıradan çıxması, günlərlə şəhər telefonlarının kəsilməsinin şahidi oluram.

Son bir həftədir şəhər telefonunun işləməsinin səbəbi isə həmişə olduğu kimi bu dəfə də açıqlanmayıb.

İlk öncə əlaqə saxladıqda, şirkətdən bildirdilər ki, hələlik həmin əraziyə baxan usta yoxdur.

“Sizin əraziyə baxan usta yoxdur. Usta sabahdan məzuniyyətə çıxır, onu yerinə kimin olacağı bilinmir. Bu gün də ustamız yoxdur, sabah da olmaycaq.

Dəqiq bilmirəm ki, usta nə zaman olacaq”, - deyə şirkət əməkdaşı bildirib.

Həmin telefon xəttilə bağlı səhəri gün edilən müraciətdə isə şirkətdən tam başqa cavab verilib.

Bildirilib ki, telefonların işləməməsi ATS-də yaranmış texniki problemdəndir. Problemin isə nə zaman həll ediləcəyi dəqiq bilinmir.

Ziya SƏCCAD
BAKU.WS