SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda sərnişin avtobuslarının özbaşınalıqları davam edir.

Bu barədə vətəndaşların BAKU.WS-in “qaynar xətti”nə etdikləri şikayətlər davam edir.

Bu dəfə şikayət Nizami rayonu ərazisindən edilir. Rayon sakinləri şikayətlərində bildirirlər ki, Əli Vəliyev küçəsində, “Ruslan market” yaxınlığında avtobus dayanacağında xaos yaranıb.

Bildirilir ki, avtobus sürücüləri “Yol Hərəkəti Haqqında” Qanunun bütün tələblərini pozurlar. Onlar ərazidə yaşayanların normal həyat sürmələrinə imkan vermirlər.

Avtobusları piyada keçidlərinin üstündə saxlayırlar. İşıqforun qırmızı işığından keçirlər. Piyadalara yol vermirlər.

Hətta adı çəkilən ərazidə dəfələrlə avtobus sürücüləri qəza törədiblər.

Digər tərəfdən də, avtobus sürücüləri istədikləri ərazilərdə maşınları saxlayırlar. Qapını açıq halda sürürlər. Avtobusa həddindən artıq sərnişin mindirirlər.

“Ən çox problemlərdən biri də, dayanacaqlarda avtobusa sərnişin çağıran konduktorlardır. Onlar günün bütün saatlarında qışqırırlar”, - deyə şikayətlərində bildiriblər.

Qeyd edək ki, əsas şikayətlər 12, 36, 62, 70, 214 saylı avtobuslardır.

Bu barədə vətəndaşlar dəfələrlə Bakı Nəqliyyat Agentliyin “141” saylı qaynar xəttinə şikayət etsələr də, problemlər barədə heç bir ölçü götürülməyib.

Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə bildirdi ki, əgər sürücülər problemlər yaradırlarsa, bu barədə yol polisinə müraciət etsinlər.

“Biz də öz tərəfimizdən səlahiyyətlərimiz çərçivəsində müəyyən tədbir görəcəyik”, - deyə Mais Ağayev bildirib.

Məsələ ilə bağlı Bakı şəhər Dövltə Yol polis İdarəsindən BAKU.WS-ə bildirdilər ki, şikayət barədə mütləq araşdırma aparılacaq. Aparılan araşdırmalardan sonra məsələyə aydınlıq gətiriləcək.
BAKU.WS
VİDEO