SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 8,5 faizdən 8,25 faizə endirilməsi barədə qərar qəbul edib.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

Faiz dəhlizinin yuxarı həddi 10,25, aşağı həddi isə 6,25 səviyyəsində müəyyən olunub. Qərar iyulun 26-dan qüvvəyə minir.
Mərkəzi Bankın sədri qorunan manat əmanətlərinin 10 faizə, xarici valyutada əmanətlərin isə 2,5 faizə endirilməsinin səbəblərini də açıqlayıb. Baş bankir bunun kredit faizlərini aşağı salacağını vurğulayıb.

Elman Rüstəmov manatın məzənnəsindən də danışaraq bildirib ki, Dövlət Neft Fondunun 800 milyon manatlıq satılmayan vəsaiti var. Əgər həmin vəsait bazara çıxsaydı, manatın məzənnəsi xeyli möhkəmlənərdi. Hazırda manatın yenidən dəyər qazanmağa davam etdiyini bildirən Elman Rüstəmov manatın bahalaşmasını istəmədiklərini də açıqlayıb.

Elman Rüstəmov onu da açıqlayıb ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 9,4% artaraq 49 mlrd. dollara çatıb.

Onun sözlərinə görə, cari ilin əvvəlindən ölkənin valyuta ehtiyatları 4,2 mlrd. dollar artıb.

Baş bankir onu da bildirib ki, cari ilin sonuna Azərbaycanda inflyasiyanın 4 faiz olacağı gözlənilir.

Mərkəzi Bankın sədri bu göstəricinin artacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyini vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
VİDEO