SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda şəhər tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə start verilib. 

Böyük Britaniyanın “Mott McDonald” şirkəti ilə həyata keçirilən layihə çərçivəsində iyulun 10-dan ilk olaraq Nərimanov rayonunda hər məhəllədəki məişət tullantılarının atıldığı meydançada yeni, müasir tipli zibil konteynerlər quraşdırılıb. 

Eləcə də, sakinlərə maarifləndirmə məqsədilə broşürlar paylanıb. Mənzillərdə çeşidlənmə üçün iki növ rəngli - həm yaşıl, həm də narıncı rəngli məişət zibil torbalarının paylanıb. Yaşıl rənglilərə qarışıq zibillərin, narıncı rənglilərə isə təkrar emala gedəcək karton, kağız, şüşə, metal kimi materialların hansı rəngli zibil torbalarına və zibil meydançalarına gələn zaman hansı zibil konteynerlərinə atılması üçün maarifləndirmə tədbirlərinə start verilib.

BAKU.WS
xəbər verir ki, sözügüedən layihənin tətbiqi, yeni zibil qutularının mənzillərdən uzaq ərazilərə yerləşdirilməsi ilk gündən sakinlərin narazılığına səbəb olub.

Nərimanov rayon sakini Elxan Mərdanlının saytımıza göndərdiyi görüntülərdə buna əyani şahid oluruq.

Artıq Nərimanov rayonunda kağız, karton, plastik, şüşə və metal üçün ayrıca zibil qutuları qoyulub. Bu qutunun yanında isə köhnə dəmir qutulardır. Bu ərazi 200-300 mənzili olan yaşayış massividir. Gördüyünüz kimi, bu qutulardan yalnız biri buraya qoyulub, o da qırıqdır. 

Bu mənzərənin əksi olaraq, heç bir mənzilin yerləşmədiyi, yaşayış yerlərindən kənar ərazidə, daha dəqiq desək yolun kənarına və ortasına bu yeni qutuların bir neçəsi yerləşdirilib. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO