VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdədə qayınana öz gəlinini rüsvay edib. 

BAKU.WS
xəbər verir ki, Mehriban adlı qadın oğlu Mənsurun həyat yoldaşı Gülnarı evdən qovduqdan sonra adına pis sözlər çıxarıb və mobil telefonunun nömrəsini kəndin kişilərinə paylayıb. 

Qayınana nömrəni kişilərə verərkən Gülnarın masaj etdiyini və seks xidmət göstərdiyini bildirib. 

Bu azmış kimi, qadın 1 yaşlı körpənin oğlundan olmadığını deyərək öz nəvəsindən imtina edir.  

Uşağını tək böyütməyə məcbur qalan, üstəlik də qayınanası üzündən rüsvay olan Gülnar Space TV-nin "Gəl, dərdini danış" proqramından kömək istəyib.

Aparıcı məsələni araşdırarkən məlum olub ki, validerynləri Mənsuru 4 il ərzində 4 dəfə evləndiriblər. Gülnaz ata evinə qayıtdıqdan sonra Mənsura  Bərdənin Tumaslı kəndindən Hicran adında gəlin gətiriblər. Həmin gəlin 7 aylıq hamilə olanda qıcolmadan keçirib ölüb. Bətnindəki uşağı da tələf olub.

Kənd camaatının sözlərinə görə, Mənsurun anası Hicranı doğulduqdan sonra uşağını öldürəcəyi ilə hədələyib. Hamilə qadın yaşadığı stresslərə tab gətirməyərək vəfat edib.

Təbii ki, qadın bütün bu iddiaları qəbul etmir.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO