VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyun ayının 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayan Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Nuranə Ədalət qızı Dadaşova başına gələnlərlə bağlı şok məlumatlar verib.

BAKU.WS xəbər verir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişində danışan Nuranə Dadaşova valideynlərinin onu zorla yaşlı kişiyə ərə vermək istədiyini bildirib.

Nuranə bildirib ki, evdən qaçmasaydı, məcburi şəkildə ərə veriləcəkdi:

“Məni var-dövlətinə görə 70 yaşlı kişiyə məcburi ərə vermək istədilər”.

Daha sonra qızın anası efirə gəlib. Bu zaman da, gərgin və qəmli anlar yaşanıb.

Qeyd edək ki, Nuranə Dadaşova itkin düşəndən bəri polislər onun axtarışlarına başlayıb.
BAKU.WS
VİDEO