SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 


Bakı şəhərində fəaliyyət göstərən "Bakı Taxi”nin sürücüsü günün günorta çağı yol hərəkəti haqqında qanunu kobud şəkildə pozur.


BAKU.WS
-in məlumatına görə, bu barədə redaksiyamıza şikayət daxil olub. Şikayət edən vətəndaş bununla bağlı video göndərib. Videodan da görmək olar ki, 10-TH-764 dövlət nömrə nişanlı avtomobilin sürücüsü şəhərin mərkəzində maşını saxlayır və aşağı düşür. Hərəkətin gur olduğu vaxtda, saxlanma qadağan olduğu yerdə taksini saxlayan sürücü narazılıqlara baxmayaraq heç kimi saymadan özbaşınalıq edir.

Yaxşı olardı ki, sürücülər kimliyindən asılı olmayaraq bir az məsuliyyətli olardılar. Özlərindən başqa qarşısında olan yol hərəkəti iştirakçısını da düşünməlidirlər. Çünki onların etdikləri sabah öz başlarına gələ bilər.


BAKU.WS yolun ortasında mədəniyyətsizlik edən sürücünün görüntülərini təqdim edir:

 

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

Ziya Babayev

BAKU.WS