VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

itkin düşdükdən sonra meyitləri tapılan Vasif və Aygünün ölüm səbəblərinin bəzi məqamları üzə çıxıb.

BAKU.WS
xəbər verir ki, Vasifin anası və bacısı Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramına gələrək baş verənlərdə Aygünü günahlandırıblar.

Onlar Aygünün Vasifi şantaj etdiyini bildiriblər. Aygün qeyri-rəsmi münasibətdə olduğu Vasifə ərə getmək istəyib. O, ailəli və iki uşaq atası olan Vasiflə eşq həyatı yaşayan Aygün ondan boşanmasını tələb edib. Boşanmayacağı təqdirdə isə hər şeyi Vasifin həyat yoldaşı Sevdaya açıb deyəcəyi ilə şantaj edib. Eləcə də Vasifin anasına, bacısına, qardaşı qızına və uşağına pislik edəcəyilə hədələyib. 

Qeyd edək ki, 1988-ci il təvəllüdlü Abbasov Vasif Əliyəddin oğlu ailəli və iki uşaq atası olmasına baxmayaraq 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızı ilə eşq həyatı yaşayıb. 31 yaşlı Vasifin və 29 yaşlı Aygünün cəsədləri Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində dərəyə yuvarlanan "Ravon Nexia" markalı avtomobildə aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını kürəyindən bıçaqlayaraq öldürüb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO